...

Azərbaycanda kartof yığımının həcmi 1 milyon tonu keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2005 14:53 (UTC +04:00)

Ölkənin regionlarında kartof yığımı başa çatıb. 2005-ci ilin əvvəlindən başlayaraq Azərbaycanda kartof yığımının həcmi 1 mln 82 min 343 ton təşkil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 152 min ton çoxdur.

Bu, ölkədə kartof istehsalı üzrə ən yüksək göstəricidir. Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, bu il kartofun ümumi əkin sahəsi 70 679 hektar təşkil edib.

Nazirlikdə kartof istehsalında artımın əsas səbəbini bu il kartofun əkin sahəsinin 8,7% genişləndirilməsi ilə izah ediblər.

Bu il üçün kartof yığımının həcmi üzrə proqnozlar 1 mln tondan artıq müəyyən edilib.

2004-cü ildə Azərbaycanda kartof istehsalında artım 21% təşkil edərək 930,1 min ton olub.

Xəbər lenti

Xəbər lenti