...

Fitch Azərbaycanın reytinqini əvvəlki səviyyədə təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2005 12:37 (UTC +04:00)

Beynəlxalq Reytinq Agentliyi Fitch Ratings dekabrın14-də Azərbaycanın müstəqil reytinq rəyini yeniləşdirib. Trend in məlumatına görə, Fitch-in məlumatınqda bildirilir ki, Azərbaycanın xarici və milli valyuta öhdəlikləri üzrə uzunmüddətli reytinqi 'BB', qısa müddətli reytinqi isə 'B' səviyyəsində təsdiqlənib.

Agentlik reytinq dəyişikliklərinin sabit proqnozunu verib. İlk dəfə bu səviyyədə reytinq Agentlik tərəfindən 2004-cü il noyabrın 22-də verilib.

Azərbaycanın reytinqinin yeniləşdirilməsi istiqrazlar və uçot dərəcələri üzrə dəyişikliklərlə əlaqədar 96 ölkənin reytinqinin yenidən nəzərdən keçirilməsi çərçivıəsində (Issuer Default Ratings - IDRs) həyata keçirilib. Baxmayaraq ki, bu, defoltun potensial imkanlarının qiymətləndirilməsi deyil. Milli və xarici valyutalar üzrə yeniləşdirilmiş bütün qısamüdjdətli reytinqlər uzunmüddətli reytinqlərin dinamikasını nümayiş etdirir.

Xəbər lenti

Xəbər lenti