...

Artıq Azərbaycanın 3 bankı AYİB-in kiçik və mikro sahibkarlığın maliyyələşdirilməsi üzrə proqramına qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2005 18:45 (UTC +04:00)

Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) iki kommersiya bankı- "Respublika" və i UniBank ilə kredit razılaşması imzalayıb. Trend in məlumatına görə, bu banklardan hər birinə kiçik və mikro sahibkarlığın inkişafı proqramı çərçivəsində $2 mln dorllar həcmində kredit xətti açıb.

"Respublika" bankına kredit 4 il, UniBank -a isə 5 il müddətinə verilib. Banklara verilən kredit üzrə faiz dərəcəsi 6 aylıq libor+5% təşkil edir.

Hər bir borc alan üçün kreditin minimal həcmi $100, maksimal həcmi isə $100 min dollar təşkil edir.

Bu, Azərbaycanda ilk dəfə olaraq Avropa Bankı proqramına Azərdəmiryolbankın qoşulduğu ilk proqramdır. Ümumilikdə, orada AYİB-in əməkdaşlıq etdiyi ölkələrdən 55 bank qoşulub. Əsas məqsəd kiçik borcalanları maliyyə ehtiyatları ilə təmin etməkdir. Bu barədə imzalanma mərasimində AYİB-in Bakıdakı nümayəndəliyinin rəhbəri Reymond Konvey bildirib. Regionlarda bu proqramın fəaliyyətini genişləndirmək üçün bank texniki yardım təklif etmək niyyətindədir.

Qeyd edək ki, bu layihə üzrə "Respublika" və UniBank-a texniki yardım artıq Almaniyanın KfW bankı tərəfindən Almaniya-Azərbaycan fondu vasitəsilə həyatia keçirilir.

Xəbər lenti

Xəbər lenti