...

Bir neçə gün ərzində BMK Unibank ilə lizinq əməliyyatlarının inkişafı ilə bağlı saziş imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2005 20:03 (UTC +04:00)

Beynəlxalq maliyyə korporasiyası (BMK) Mərkəzi Asiyada lizinq əməliyyatları Fondundan Azərbaycanda maliyyələşdirməyə başlamağa hazırdır. BMK-nın Azərbaycandakı nümayəndəsi Aliyə Nuriyeva Trend ə bildirib ki, 2005-ci ilin sonunadək korporasiya UniBank ilə bu məqsədlə $5 mln.verilməsinə dair saziş imzalamağa hazırdır.

" Fondun hesabına $30 mln., UniBank ilə yanaşı ya lizinq şirkətlərinin təsisçisi olan yaxud da lizinq əməliyyatları departamenti olan daha bir neçə bank da maliyyələşdirilə bilər" -deyə A.Nuriyeva bildirib.

UniBank idarə heyətinin sədri Faiq Hüseynov bildirib ki, texniki gecikdirmələrlə bağlı olaraq saziş 2006-cı ilin yanvarından gec olmayaraq imzalana bilər.

"BMK vəsaitlərin mənimsənilməsini 1 ilədək müddətdə, bunların ödənməsini isə 5 ilə aparır. Vəsaitlər 4 ödəmə ilə veriləcək. Bunları bizim UmiLeasing şirkəti mənimsəyəcək" -deyə F.Hüseynov bildirib.

Hər bir ödəmə bankın təklif etdiyi lizinq layihələri paketinin dəyərindən asılı olacaq.

Xəbər lenti

Xəbər lenti