...

Ziya Məmmədov: Azərbaycanın dövlət büdcəsindən yeni körpülərin tikinti layihələrinin işlənib-hazırlanmasına 2 mlrd. manat ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2005 15:56 (UTC +04:00)

Azərbaycanın dövlət büdcəsindən Bakıda bəzi küçə və prospektlərdə yaranmış tıxaclara səbəb olan problemlərin həlli çərçivəsində yeni körpülərin tikinti layihələrinin işlənib-hazırlanmasına 2 mlrd. manat ayrılıb. Bu barədə Trend ə AR Nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda layihələr son mərhələdədir. "Azadlıq prospektində və Əzizbəyov dairəsində hazırlıq işləri aparılır. Layihənin hazırlığı başa çatdıqdan sonra tender elan ediləcək" -deyə o bildirib.

Hazırda ölkənin Nazirlər Kabineti "tıxacların" aradan qaldırılması ilə bağlı tədbirlər planı hazırlayır. Yaxın vaxtlarda sənəd ölkə prezidentinin İcra aparatına təqdim ediləcək.

Sənəddə yolların çəkilməsi ilə yanaşı, avtobuslar və taksilər üçün ayrı-ayrı dayanacaqlar, körpülərin inşası və s. də nəzərdə tutulur. Sənəd ölkə prezidentinin tapşırığı ilə hazırlanıb.Burada nəqliyyatın intensiv hərəkətinə maneə yaranan bəzi küçə və prospektlərin genişləndirilməsi, eləcə də körpülərin, ikimərtəbəli, zərurət yaranarsa isə üçmərtəbəli yolların inşası nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti