...

Aydın Bəşirov: Xəzər Dəniz Gəmiçiliyi İdarəsi 2006-cı ildə Volqa-Don kanalından gəmilərin keçməsinə icazənin alınması üçün danışıqlar aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2005 17:06 (UTC +04:00)

Azərbaycan Dövlət Xəzər Cəmiçiliyi İdarəsi Rusiya tərəfi ilə İdarənin gəmilərinin 2006-cı ildə RF-nın daxili su marşrutları ilə - Volqa-Don kanalı hərəkət etməsi üçün icazə almaq üçün danışıqlar aparır. Bu barədə Trend ə ekskluziv olaraq dekabrın 20-də Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sədri Aydın Bəşirov bildirib. Onun sözlərinə görə, gəmilərin keçməsinin sayı danışıqların yekunlarından asılı olacaq.

A.Bəşirov qeyd edib ki, Azərbaycanın Rusiyanın daxili sularından istifadəsi üzrə sənədlərin imzalanması nəzərdə tutulub.

2005-ci ildə Azərbaycan bundan əvvəlkki iildən fərqli olaraq bu il RF-nın dbaxili sularından cəmi 3 gəmi keçirə bilib. Azərbaycan tərəfinin Rusiya hökumətinə naviqasiya mövsümünə qədər müraciət etməsinə baxmayaraq, gözlənilən nəticə əldə olunmayıb. Uzun sürən danışıqlardan sonra Azərbaycan gəmilərinin Volqa-Don və Volqa-Baltiysk kanalı ilə hərəkətinə icazə Azərbaycanın baş nazirinin birinci müavini Abbas Abbasovun Moskavaya səfəri gedişində onun Rusiya hökumətinin rəhbərliyi ilə keçirdiyi görüşlər nəticəsində əldə olunub.

Xəbər lenti

Xəbər lenti