...

Operativ vergi nəzarəti tədbirləri nəticəsində 3 085,3 mlrd. manatlıq cərimə və maliyyə sanksiyası tətbiq olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2005 19:22 (UTC +04:00)

2005-ci ilin yanvar-noyabr ayları ərzində operativ vergi nəzarəti tədbirləri nəticəsində 17484 obyektdən 15936-da qanun pozuntusu faktları aşkar olunub, həmin faktlarla əlaqədar 17185 protokol tərtib edilib. Bu barədə "Trendə" Vergilər Nazirliyindən bildirilib.

Verilən məlumata görə, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması ilə bağlı 5082, vergi orqanlarında uçota durmayan vergi ödəyicilərinin aşkar olunması ilə bağlı 2059, valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi ilə bağlı 1541, valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması və ya dəyişdirilməsi ilə bağlı 160, xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən şəxslərin aşkar olunması ilə bağlı 4489, əmək müqaviləsi bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin cəlb edilməsi ilə bağlı 2580 qanun pozuntusu faktı aşkar olunub. Nəzarət işləri nəticəsində 2 mlrd. 648,9 mln. manat inzibati cərimə və 436,4 mln. manat maliyyə sanksiyası tətbiq olunub.

Aksiz markalarının tətbiqinə dair operativ vergi nəzarəti tədbirləri də davam etdirilir. 2005-ci il dekabrın 1-dək nöqsan aşkar edilmiş 525 obyekt üzrə aksiz markası olmayan və ya saxta aksiz markası tətbiq edilmiş 268,2 mln. manat məbləğində mal müəyyən edilib. Aşkar olunmuş belə malların dəyərinin 63% tütün məmulatları təşkil edir. Müsadirə edilmiş malların satışından büdcəyə 100,3 milyon manat vəsait daxil olub. Qanun pozuntusu faktları ilə əlaqədar məhkəmə orqanları tərəfindən kəsilmiş inzibati cərimələrin məbləği 65,4 mln. manat təşkil edib ki, bunun da 52% büdcəyə ödənilməsi təmin olunub.

Vergilər Nazirliyindən bildirilir ki, ciddi uçot blanklarının və aksiz markalarının tətbiqi ilə yanaşı əhali ilə nağd pul hesablaşmalarının aparılması üzərində nəzarət tədbirlərini davam etdirilir.

2005-ci il dekabrın 1-dək ölkə üzrə nəzarət-kassa aparatları (NKA) tətbiq edilmiş obyektlərin sayı 46286-ya, ciddi hesabat blankı tətbiq edilmiş obyektlərin sayı isə

16 494-ə çatıb. NKA tətbiq edilmiş obyektlərin 34822-si pərakəndə ticarət, 5632-si ictimai iaşə, 1567-si məişət xidməti müəssisələrinin, 1050-si valyuta dəyişmə, 1027-i isə yanacaqdoldurma məntəqələrinin payına düşür.

Xəbər lenti

Xəbər lenti