...

AMB-nin mübadilə ilə bağlı məhdudiyyətlərinə görə büdcə uçotunun aparılmasında problemlər yaranıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2005 19:48 (UTC +04:00)

Azərbaycanın Milli Bankı (AMB) ilə maliyyə nazirliyi arasında dövlət büdcəsinə valyuta daxilolmaları mübadiləsinin problemlərinin həlli ilə bağlı müzakirələr başlayıb. Bu barədə Trend ə hökumətdə bildirilib. Bu gün AMB-də bu məsələnin müzakirəsi ilə bağlı ilk görüş keçirilib.

Xəzinəyə vergi tutulmalarını xarici valyuta ilə neft şirkətləri və bütövlükdə neft müqavilələrinə cəlb edilmiş şirkətlər həyata keçirir. Buna müqavilə ilə yol verilir.AMB artıq 8 aydır ki, bu daxilolmaların manata mübadiləsini dayandırıb.AMB bunu inflyasiya əleyhinə tədbirlərlə izah edir.Bu gün keçirilən görüşdə AMB əməkdaşları həm də bildirib ki, valyuta vəsaitləri ölkənin xarici borcları ilə bağlı öhdəliklərinin yerinə yetirilməsi, üzvlük haqlarının ödənməsi üçün istifadə edilə bilər.Zərurət halında bunlar valyuta birjası vasitəsilə mübadilə oluna bilər.

Mübadilənin dayandırılması dövlət büdcəsinin aparılmasında xəzinədarlıq üçün problem yaradır, belə ki, büdcənin gəlir hissəsinə daxil vəsaitlərin

AMB-nin ayrı-ayrı hesablarında saxlanılması lazım gəlir. Bundan başqa, məzənnənin dəyişməsi ilə bağlı olaraq xəzinədarlıq itirir (əgər mayda dolların məzənnəsi 4800 manat təşkil edirdisə, sonra bu, 4500 manatadək azaldı), müvafiq olaraq analoji problemlər həm də vergiödəyicilərinə qarşı yarana bilər. Həmin problemin həlli hələ ölkənin baş naziri tərəfindən də irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti