...

ATİB və Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyası arasında protokol imzalanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2005 12:37 (UTC +04:00)

Dekabrın 22-də Azərbaycan-Türkiyə İş adamları Birliyi və Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyası arasında əməkdaşlıq haqqında protokol imzalanacaq. Bu barədə Trend ə ATİB-dən bildirilib.

Sənədi ATİB-in sədri Əhməd Erentok və Assosiasiyanın idarə heyətinin sədri Ceyhun Məmmədbəyli imzalayacaq.

Protokolun imzalanmasında məqsəd sahibkarlar və lizinq şirkətləri arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

ATİB artıq Azərbaycanda fəaliyyət göstərən digər ictimai təşkilatlarla da analoji protokollar imzalayıb.

Xəbər lenti

Xəbər lenti