...

ADXDG 2006-cı ildə ən azı 14 mln ton yük daşımağı proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2005 14:16 (UTC +04:00)

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi 2006-cı ildə ən azı 14 mln ton yük daşımağı planlaşdırır. Bu barədə Trend ə eksklüziv olaraq ADXDG-nin sədri Aydın Bəşirov məlumat verib.

Onun sözlərinə görə, yük daşımanın ümumi həcminin 70%-i neft yükü daşımasının payına düşəcək.

Yanvar-noyabr aylarında dəniz nəqliyyatı ilə 12,4 mln ton yük daşınıb ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 1,0% çoxdur. Daşımaların ümumi həcminin 72,3%-ni neft və neft məhsulları, 27,7%-ni isə quru yüklər təşkil edib.

Xəbər lenti

Xəbər lenti