...

Nijniy Novqorodda Azərbaycandan yeni təyyarə reysinin gəlməsi münasibətilə mərasim keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2005 14:23 (UTC +04:00)

Dekabrın 21-də AZAL DK Azərbaycan ilə Rusiya arasında yeni Bakı - Hijniy Hovqorod - Bakı təyyarə reysini açıb. Bu barədə Trend ə DK idarə heyətinin rəisi Ramin Məmmədov bildirib.

Onun sözlərinə görə, Bakıdan uçuş Bakı vaxtilə saat 12-00-a planlaşdırılıb. "Bakıdan Hijniy Hovqoroda yol 2 saat 40 dəqiqədir. Təyyarə Hijniy Hovqoroddan saat 15:30-da uçur və saat 19:20-də Bakıda yerə enir" -deyə o bildirib.

R.Məmmədov qeyd edib ki, Nijniy Novqorod hava limanında təntənəli mərasim keçiriləcək və burada AZAL DK, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri, eləcə də Rusiya hava limanının rəhbərliyi və digər şəxslər iştirak edəcək.

O, həm də bildirib ki, öncə AZAL DK-nin Nijniy Novqoroda təyyarə reysi var idi, amma dayandırılmışdı. "Hazırda bu marşrutla reysləri "Tatarıstan Hava Yolları" həyata keçirir. Bizim məqsədimiz bu istiqamətdə göstərilən xidmət səviyyəsinin artırılmasıdır. AZAL bu marşrutla həftədə 2 dəfə uçuşlar həyata eçirmək niyyətindədir"-deyə R.Məmmədov qeyd edib.

Reys Beynəlxalq Airbus Industries avia konserninin istehsalı olan Airbus-319 laynerləri ilə həyata keçirilir. DK artıq 3 belə təyyarə alıb və bunlar beynəlxalq marşrutlara cəlb edilib.

Xəbər lenti

Xəbər lenti