...

Azərbaycan Nəqliyyat Nazirliyi 2006-cı ildən Bakı-Şamaxı avtomagistralının tikintisi və yenidənqurmasına başlamaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2005 19:22 (UTC +04:00)

Azərbaycan Nəqliyyat Nazirliyi 2006-cı ildən Bakı-Şamaxı avtomagistralının tikintisi və yenidənqurmasına başlamaq niyyətindədir. Bu barədə Trend ə Nazirlikdən məlumat verilib.

Hazırda bu layihənin texniki-iqtisadi əsaslarının hazırlanması başa çatır. Bununla paralel olaraq Bakı-Şamaxı avtomagistralının tikintisi və yenidən qurulmasının işçi layihəsi hazırlanır. Bu iş Dünya Bankının vəsaiti hesabına həyata keçirilir və bunun üçün İpək Yolu çərçivəsində avtomagistralların TİƏ-nın hazırlamış Almaniyanın KOKS şirkəti cəlb olunub.

TİƏ və işçi layihələrin başa çatdırılmasından sonra Bakı-Şamaxı - Muğanlı yollarının dəyəri konkretləşdiriləcək. Azərbaycan hökuməti və DB bu yolun tikintisi və yenidən qurulması layihəsinin 30 milyon dollar həcmində ilk kredit tranşının əldə olunması barədə razılıq əldə ediblər. Bu razılaşma 2005-ci il dekabrın əvvəllərində Bakıda DB-nın avtomobil yollarının inkişafı layihəsinin rəhbəri Olivye Le Berlə (Olivier Le Berr) aparılan danışıqlar zamanı əldə edilib. Layihə üzrə kredit razılaşmasının 2006-cı il yanvarın əvvəllərində imzalanması nəzərdə tutulub.

Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun uzunqluğu 124 km təşkil edir. Tikinti materiallarının bahalaşması və əmək haqqları nəzərə alınmaqla bu yolun dəyəri bahalaşıb. Əgər iki il əvvəl inşaat işləri $70 mln idisə, bu gün onun dəyəri $100 mln təşkil edir.

Xəbər lenti

Xəbər lenti