...

BVF Azərbaycanın fəal iqtisadi inkişafını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2005 12:15 (UTC +04:00)

"Azərbaycanın iqtisadiyyatı qısamüddətli perspektivdə fəal inkişaf edəcək. Lakin bu inkişafı sabitləşdirməkdən ötrü Bakı bir sıra mühüm islahatlar aparmalıdır". Trend in xəbər verdiyi kimi, bu barədə noyabrın sonu-dekabrın əvvəllərində Azərbaycanda olmuş beynəlxalq Valyuta Fondunun ekspertlərinin bəyanatında deyilir.

Sənəddə bildirilir ki, Fondun ekspertləri Azərbaycan hökumətinin sərfəli valyuta məzənnəsinin saxlanılması, qiymətli kağızlar bazarının inkişafının davam etdirilməsi və bütün səylərin inflyasiyanın qarşısının alınmasına yönəldilməsi ilə bağlı planlarını müsbət qiymətləndirib. Onların fikrincə, "inflyasiya təzyiqi"nə nəzarət Bakı qarşısında duran başlıca iqtisadi vəzifədir. Uzunmüdətldi perspektivdə isə ölkə hökuməti təbii ehtiyatların həddən artıq istismarı nəticəsində iqtisadiyyatın ümumi inkişafının ləngiməsi və digər sektorların durğunluğu ilə müşayiət olunan "holland sindromunun" mümkün üzə çıxması hallarına qarşı tədbirlər görməlidir.

BVF-nin nümayəndə heyəti tərəfindən Azərbaycanda aparılan işin yekunları üzrə məruzə hazırlanacaq. Bu məruzəyə 2006-cı ilin martında Fond rəhbərliyi tərəfindən baxılacaq.

Xəbər lenti

Xəbər lenti