...

ATİB Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyası ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2005 13:37 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, dekabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənəd ATİB-in sədri Əhməd Erentok və Assosiasiyanın idarə heyətinin sədri Ceyhun Məmmədbəyli tərəfindən imzalanıb.

Ə.Erentokun sözlərinə görə, protokolun imzalanmasında məqsəd sahibkarlar və lizinq şirkətləri arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

ATİB artıq Azərbaycanda fəaliyyət göstərən digər ictimai təşkilatlarla da analoji protokollar imzalayıb.

"Biz lizinq haqqında qanunvericilik və müvafiq təkliflərin hazırlanması ilə bağlı müzakirələrin aparılması sahəsində də əməkdaşlıq edəcəyik. Bu əməkdaşlıq Azərbaycanda lizinq sektorunun inkişafına şərait yaradacaq. Şimali Avropada bütün əməliyyatlar lizinq sistemi üzrə həyata keçirilir. Ölkədə bu sektorun inkişafı vacibdir", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti