...

Gürcüstan dəmir yolu ilə 17 mln. tondan çox yük daşınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2005 14:01 (UTC +04:00)

2005-ci ilin yanvar-noyabrında Gürcüstan dəmir yolu ilə 17 mln. 136 min ton yük daşınıb ki, bu da 2005-ci il planının 117%-ni təşkil edir və 2004-cü ilin göstəricisini isə 2 mln. 966 min ton ötür. Trend bildirir ki, bu barədə "Gürcüstan dəmir yolu" MMC-nin məlumatında deyilir. Noyabrda 1 mln.774 min ton yük daşınıb.

Məlumatda qeyd olunur ki, 2005-ci ilin noyabrında mal dövriyyəsinin göstəricisi 576 mln. ton km. təşkil edir. 11 ayın göstiəricisinə əsasən mal dövriyyəsi 5541 mln.t.km. təşkil edib ki, bu da planda nəzərdə tutulduğundan 874 mln. t.km. çoxdur və 118% təşkil edir. 2005-ci ilin göstəricisi ötən göstəricini 1085 mln.t.km. ötür.

2006-cı ildə Gürcüstan dəmir yolunun inkişafında prioritet məsələlərdən biri infrastrukturun yeniləşdirilməsidir və MMC bunun üçün 69 mln. lari sərf etməyi planlaşdırır. İnvestisiya siyasətinin dəyişdirilməsi kapital qoyuluşu hesabına həyata keçirilir və maliyyə gəliri prinsipi ilə qurulacaq.

Gürcüstan dəmir yolunda yükkeçirmə artımı mövcud strukturlar və dövrlərin saxlanılması şərtilə həyata keçiriləcək. 2006-cı ildə Gürcüstan dəmir yolu 18 mln. ton ilə birgə 21 mln. ton yük buraxa bilər.

Xəbər lenti

Xəbər lenti