...

KFW ilə AMMB arasında $5 mln.həcmində kreditin ayrılmasına dair müqavilə yanvarın ilk ongünlüyündə bağlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2005 15:18 (UTC +04:00)

2006-cı ilin yanvarın əvvəlində Azərbaycan mikro maliyyə bankı ilə (AMMB) Almaniyanın KFW yenidənqurma bankı arasında Azərbaycan bankına $5 mln. həcmində kredit xəttinin açılmasına dair kredit müqaviləsi bağlanacaq. Bu barədə Trend ə AMMB idarə heyətinin sədri Tomas Engelhardt bildirib. Azərbaycan bankın üçün kredit 2005-ci ilin oktyabrında Almaniya bankı tərəfindən bəyənilib. T.Engelğhardt qeyd edib ki, KFW-nin kredit xəttindən ilk ödəmələr fevralda başlayacaq, çünki bu gün bank hələlik kifayət qədər kredit ehtiyatına malikdir. Kredit xətti vəsaitləri bir neçə tranşla alınacaq. Kredit xətti mikro və kiçik biznesin inkişafına dəstək üçün nəzərdə tutulub.

Kreditin verilməsi müddəti 6 il təşkil edir, vəsaitin mənimsənilməsi isə 2006-cı il ərzində başa çatdırılmalıdır. Kreditlər hər bir borc alan üçün $100-dan $125 minədək olacaq.

Xəbər lenti

Xəbər lenti