...

"Azərikard" öz sistemini yeni valyutaya keçid üçün sınaqdan keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2005 15:57 (UTC +04:00)

2006-cı ilin yanvarın 1-dən yeni pul nişanlarına keçməklə bağlı tədbirlər çərçivəsində "Azərikard"ın prossesinq mərkəzi artıq öz sistemini yeni valyutaya keçid üçün sınaqdan keçirib. Bu barədə Trend ə mərkəzdə bildirilib.

Müvafiq olaraq, POS-terminallar artıq 90% SOFT yeni proqram təminatı ilə yüklənib, yəni bunlar köhnə və yeni manata qarşı təsir göstərir. Doğrudur, hələlik yeni pul nişanları ilə bağlı əməliyyatlar aparılmır və yalnız dekabrın 31-də gecəsindən 2006-cı il yanvarın 1-nə bütün bankomat şəbəkələri və POS-terminallarda dəyişiklik ediləcək. Bunun üçün bunlar bir neçə müddətə kəsiləcək.

Bankomatların konfiqurasiyası yeni manatların qəbulu üçün banklar tərəfindən dəyişdirilməlidir. "Azərikard" bunun üçün bank heyətinin təlimini aparıb.

Baxmayaraq ki, banklar 2007-ci il yanvarın 1-dək köhnə və yeni manatları verə bilər, bankomatlar və POS-terminallar isə yalnız yeni pul nişanları verəcək.

Bugünkü gündə respublikada 800-dən çox POS-terminal fəaliyyət göstərir, bunlardan 550 - Beynəlxalq bankın, 250 - Kapitalbank-ın payına düşür. Bankomatların da təxminən 800 olduğu bildirilir, bunlardan 450-500-ü AMB, 150 - Kapitalbank-a məxsusdur, beş-altı kommersiya bankı 25-30 bankomata, qalan banklar isə daha az sayda bankomata malikdir.

Xəbər lenti

Xəbər lenti