...

Bakıda ilk dəfə olaraq beynəlxalq maliyyə və kredit sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2005 18:13 (UTC +04:00)

Bakıda ilk dəfə olaraq maliyyə və kredit sektorunun inkişafı ilə bağlı beynəlxalq sərgi keçiriləcək. Bu barədə Trend ə ölkədə beynəlxalq sərgilərin təşkilatçısı olan Iteca Caspian Ltd. şirkətində bildirilib. Sərginin 2006-cı ilin III rübünün əvvəlində keçirilməsi planlaşdırılır.

"Hazırda sərginin vaxtının müəyyən edilməsi və adının dəqiqləşdirilməsi ilə bağlı işlər görülür" -deyə Iteca Caspian Ltd. şirkətində bildirilib.

2006-cı ildə Iteca Caspian bütövlükdə Bakıda 15 beynəlxalq sərgi keçirəcək.

Payız mövsümünün ilk sərgisi Azərbaycanın "Mebel, interyer və Dizayn" 4-cü beynəlxalq sərgi olacaq. Bu sərgi 19-22 sentyabrda keçiriləcək. Bütün tədbirlər Heydər Əliyev adına idman-konsert kompleksində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti