...

Azərbaycan Dünya Bankından yoxsulluğun azalmasına yardım üzrə kreditin ilk tranşını Ədliyyə Nazirliyinin hüquqi təsdiqindən sonra alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2005 18:49 (UTC +04:00)

Dünya Bankı (DB) yoxsulluğun azalmasına dəstək (PRSC) üzrə kreditin Azərbaycanın Ədliyyə Nazirliyinin hüquqi təsdiqindən sonra qüvvəyə minəcəyini elan edib. Bu barədə Trend ə DB-nın Bakıdakı nümayəndəliyindən verilib. Yalnız bundan sonra Azərbaycan 2005-dci il mayın 17-də bankın Direktorlar Şurasının təsdiqlədiyi PRSC kreditinin 20 mln dollar məbləğində ilk tranşını ala bilər.

Ölkə prezidenti dekabrın 15-də DB ilə Azərbaycan hökuməti arasında kredit razılaşmasını təsdiqləyib.

PRSC-nin ümumi məbləği $60 mln təşkil edir. Kredit vəsaiti büdcə kəsirinin aradan qaldırılması üçün nəzərdə tutulub və Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri əsasında ayrılıb. Bu güzəştli kre¬dit 10 il vaxtı uzadılmış ödəmələrlə 35 il müddətinə və 75 %-lik illik dərəcə ilə verilir.

PRSC üzrə Azərbaycan hökuməti ilə DB arasında danışıqlar aprelin 2-də başa çatıb. Danışıqlarda DB-nın maraqlarını bankın Avropa regionu və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Kris¬tian Pi¬ter¬sen təmsil edib.

Xəbər lenti

Xəbər lenti