...

Sumqayıtda ilk biznes-inkubatorun yaradılması çərçivəsində forum keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2005 20:08 (UTC +04:00)

Dekabrın 23-də Sumqayıtda biznes-inkubator üzrə milli forum keçiriləcək. Trend in "Infotek" ictimai birliyinin press-relizinə istinadən verdiyi məlumata görə, forum Sumqayıtda biznes inkubatorun yaradılması çərçivəsində keçiriləcək. Layihə Dünya Bankının Information for Development Programme proqramı çərçivəsində maliyyələşdirilir və onu Azərbaycanda ilk dəfə "Infotek" tərəfindən həyata keçiriləcək.

Layihənin reallaşdırılmasının 2004-cü ilin sentyabrından 2005-ci ilin dekabrına kimi dövrü əhatə edən birinci mərhələsi çərçivəsində yerli şirkətlərin tələbatlarının qiymətləndirilməsi keçirilib və inkubasiya iqlimi müəyyən edilib. İkinci mərhlədə (2006-cı ilin fevralından 2007 -ci ilin fevralına qədər) biznes inkubator istifadəyə veriləcək və onun xidmətləri şirkətlərə təqdim olunacaq.

Forum iki hissədən ibarət olacaq. Birinci hissədə sosial-iqtisadi inkişafda biznes inkubatorun və kiçik və orta biznesin rolu ifadə olunacaq. İkinci hissədə Sumqayıtda biznes inkubatorun yaradılması konsepsiyası təqdim olunacaq.

Forum çərçivəsində Sumqayıt şirkətləri tərəfindən istehsal olunan malların və xidmətlərin sərgisi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti