...

Azərbaycan dəmir yolu idarəsinin rəhbərliyi Gürcüstana gedib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2005 12:03 (UTC +04:00)

Azərbaycan Dövlət dəmir yolu idarəsinin (ADDY) sədri Arif Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Poti-Bakı-Aktau-Almatı marşrutu ilə ilk konteyner qatarının yola salınması mərasimində iştirak etmək üçün Gürcüstana gedib. Bu barədə Trend ə ADDY-də bildirilib.

Poti keçiriləcək mərasim dekabrın 24-nə planlaşdırılıb. Tədbirdə Azərbaycan, Gürcüstan, Çin, Qazaxıstan və Bolqarıstanın hökumət orqanları, eləcə də nəqliyyat idarələrinin nümayəndələri iştirak edəcək. Qatarın Azərbaycana gəlməsi dekabrın 25-də gözlənilir. Bu münasibətlə ADDY təntənəli mərasimə hazırlıq işləri aparır.

Qatar həftədə iki dəfə reyslər həyata keçirəcək.

Bolqarıstan tərəfi Varna və Burqas limanlarının layihəyə qoşulmasında maraqlıdır.

Poti-Bakı-Aktau-Almatı marşrutu layihəsi TRACECA dəhlizinin rəqabətə davamlılığını artırmağa və birbaşa parom konteyner daşımalarının inkişafına kömək edəcək.

Bu marşrutun cəlbediciliyinin artırılması üçün Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında öncə dəhlizdə konteyner yüklərinin daşınmasında eyni tarifin tətbiq edilməsi razılaşdırılıb. 1 ton/km yük üçün tarif $0,022 təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti