...

"İMFOTEK" biznesin tətbiqi problemləri barədə hesabat dərc edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2005 14:02 (UTC +04:00)

İki həftə ərzində "İNFOTEK" ictimai birliyi Sumqayıtda fəaliyyət göstərən 80 şirkət arasında keçirilən sorğunun nəticələrini dərc etdirib. Bu barədə Trend "İmfotek"-in direktoru Məlahət Kazımovaya istinadən məlumat yayıb.

Sorğu nəticəsində rəyi soruşulanların 14 %-də xarici bazara çıxışla bağlı, 7%-də rəqabət və gömrük problemləri, 3% -də ISO standartlarının mövcudluğu və i 3% -də maliyyə -texniki problemlərin mövcud olduğu aşkara çıxıb. Xarici bazara çıxış üçün əsas problem yenə də məhsulların ISO standartlarına uyğun gəlməməsidir.

Yerli bazara çıxmağa onlara süni inhisarlar mane olmasına rəyi soruşulanların 3%-i, 7% -i maliyyə çatışmamazlığının olduğunu bildirib. Rəyi soruşulanların 7% -i yerli bazardan xammalın alınması, idxaldan daha baha başa gəlir. Ayrıca sorğu ISO standartları üzrə istehsalçıların sayını müəyən etmək məqsədilə keçirilib və yalnız 14% onun mövcudluğunu təsdiq edib.

Xəbər lenti

Xəbər lenti