...

Azərbaycan Dövlət Dəmir Yolu ilin əvvəlindən Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin reallaşdırılmasına başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2005 17:12 (UTC +04:00)

2006-cı ilin əvvəlindən Azərbaycan Dövlət Dəmir Yolu Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində zəruri infrastrukturun yaradılmasına başlayacaq. Bu barədə Trend ə ADDi-dən məlumat verilib. Hazırda ölkə hökuməti ilə layihənin reallaşdırılması üçün zəruri vəsaitin əldə edilməsi üçün danışıqlar aparılır.

Bu dəhlizin açılması ilə əlaqədar Azərbaycan tərəfi 8,4 km dəmiryol xəttinin, eləcə də hər biri 1050 metr 4 stansiya yolu tikiləcək. İlkin hesablamalara görə, bunun üçün təxminən 60 mlrd manat vəsait tələb olunur.

ADDY-dan verilən məlumata görə, tikinti üçün arıtq müvafiq sahə ayrılıb. "Birinci mərhələdə 4 yoldan 2-si istismar olunacaq. Gələcəkdə, daşınmaların həcmi artdıqda əlavə tədbirlərin yerinə yetirməsi zəruridir", - ADDY-dan bildirilib.

Eyni zamanda, Azərbaycan ərazisində yeni gömrük və nəzarət -buraxılış məntəqələrinin tikintisi də zəruridir. ADDY-nu İranın dəmiryolu şəbəkəsilə birləşdirmək üçün Astara(Azərbaycan) - Astara(İran) dəmiryolu xəttinin tikintisi və Astara çayı üzərindən dəmiryolu körpüsünün tikintisi nəzərdə tutulub. Azərbaycanla İran arasında "Sərhəd dəmiryolu barədə Razılaşma" imzalanıb. İran tərəfi Astaraçay üzərindən 101 metr uzunluğunda dəmiryolu körpüsünün tikintisini planlaşdırıb və Azərbaycan tərəfi ilə razılaşdırıb. Bu işdə hər iki tərəfinin payı 50% nəzərdə tutulub. Göstərilən körpüdən İran tərəfi Astaraya (İran) qədər dəmiryolu tikməlidir.

Xəbər lenti

Xəbər lenti