...

Asiya İnkişaf Bankı Azərbaycanda dövlət idarəçiliyi və özəl sektorun vəziyyətini qiymətləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2005 17:29 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda dövlət idarəçiliyi və özəl sektorun vəziyyətini qiymətləndirib. Hökumətdən Trend ə verilən məlumata görə, bank qiymətləndirmənin nəticələrini 2006-cı il fevralın sonuna kimi açıqlamağı planlaşdırır.

Bu hesabatda araşdırmalar zamanı müəyyən edilmiş problemlər əks olunacaq və müvafiq olaraq Azərbaycan hökumətinə onların həlli ilə bağlı tövsiyələr veriləcək.

AİB ekspertləri tərəfindən araşdırmalar 2005-ci il ərzində aparılıb.

Xəbər lenti

Xəbər lenti