...

DEG UniBank-a olan borcunu tam ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2005 18:09 (UTC +04:00)

Almaniya investisiya şirkəti DEG UniBank -ın Nizamnamə kapitalında öz payını tam ödəyib. Trend in bankın press-relizinə istinadən verdiyi məlumata görə, bunun nəticəsində bankın ödənmiş Nizamnamə kapitalı 33 mlrd manat təşkil edib.

Beləliklə, 2005-ci il mayın 18-də Dövlətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilən bankın səhm emissiyalarının ödənməsi prosesi başa çatıb. Bu emissiyalar üzrə UniBank tərəfindən ümumi məbləği 8 mlrd manat olan 800 000 səhm buraxılıb. Hər bir səhmin dəyəri 10 000 manat təşkil edir.

UniBank-ın kapitalında bankın 8,33% səhmlərinin əldə olunması yolu ilə DEG -in iştirakı barədə razılaşma 31 may 2005-ci ildə imzalanıb. Sənədin imzalanma mərasimi Berlində Alman-Azərbaycan işgüzar konfransında keçirilib.

Xəbər lenti

Xəbər lenti