...

2006-cı ildə Sumqayıtda iki sement zavodu fəaliyyətə başlaya bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2005 18:45 (UTC +04:00)

2006-cı ilin birinci rübündə Sumqayıtda sement istehsalı üzrə yeni mini-zavod fəaliyyətə başlayacaq. Sumqayıt şəhər İcra Hakimiyyəi başçısının müavini Akif Zeynalovun Trend ə bildirdiyi kimi, hazırda bü müəssisədə avadanlıqların quraşdırılması prosesi başa çatmaq üzrədir.

Əvvəllər kiçik həcmli odadavamlı kərpiclərin istehsal olunduğu müəssisədə yeni istehsala başlanılıb. Sement zavodunun istehsal gücü sutkada 50-60 min tondur. Sement istehsalı üçün klinker Rusiyadan gətiriləcək.

O, həmçinin, bildirib ki, bu il Sumqayıtdakı dəmir-beton zavodunda sement və beton məmulatlarının istehsalı və satışı üzrə ixtisaslaşdırılmış "Şərur-S" yerli şirkəti tərəfindən sement istehsalı təşkil olunub. Fəaliyyətə başladığı may ayından şirkət kiçik həcmdə sement istehsal edib və Rusiyadan klinkerin alınması ilə bağlı problemlərlə əlaqədar müəssisədə istehsal dayandırılıb. Problemlər qiymətlə bağlıdır, yəni Rusiya tədarüküçüləri xammalı baha qiymətə təklif edir ki, bu da son məhsulun dəyərində öz əksini tapa bilər. Bu mini-zavodun istehsal həcmi gündə 50-60 min ton təşkil edir.

A.Zeynalov hesab edir ki, respublikada tikinti işlərinin artması ilə əlaqədar sementə tələbat da artır. Sement istehsalı üzrə iki mini-zavodun fəaliyyət göstərməsi isə müəyyən dərəcədə yerli bazarın tələbatını ödəməyə, lazım gəldikdə isə yerli məhsulun xaricə ixracına imka

Xəbər lenti

Xəbər lenti