...

İsrail ekspertləri Azərbaycandakı quraqlıq regionların vəziyyəti barədə hesabat imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2005 14:51 (UTC +04:00)

İsrail ekspertləri Azərbaycandakı quraqlıq regionların inkişafı məqsədilə onların vəziyyəti ilə bağlı hesabat hazırlayıb. Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, bu işlər idarənin rəhbəri İsmət Abbasovla ekspertlərin görüşü zamanı müzakirə olunub.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi perspektiləri müzakirə olunub.

Dövlət strukturundan qeyd edilib ki, İsrail Beynəlxalq Əməkdaşlıq Proqramının - MAŞAV-ın qiymətləndirilməsi üzrə missiya dekabrın 19-23-də Bakıda olub. Səfər zamanı mütəxəssislər ölkənin 5 rayonunda: İmişlidə, Sabirabadda, Biləsuvarda, Saatlı və Salyanda bu rayonlarda quraqlığın səviyyəsinin müəyyən etmək üçün olublar.

"Quraqlıq problemlərinin həllini nəzərdə tutan hesabat 2006-cı ilin yanvarında təqdim olunacaq", - deyə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Xəbər lenti

Xəbər lenti