...

Türkiyənin Dizayn şirkəti Sumqayıtda qaz və su borularının istehsalına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2005 15:19 (UTC +04:00)

Türkiyənin Dizayn şirkəti 2006-cı ilin I yarısında Sumqayıtda plastik boruların istehsalına başlamağı planlaşdırır. Bu barədə Trend ə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Zeynalov məlumat verib.

Şirkət artıq müəssisədə yenidənqurma işlərini başa çatdırıb və Koreydan xammalın tədarükünü gözləyir. Borular aşağı təzyiqli polietilendən hazırlanacaq.

"Uzunluğu 2m/dm olan borular su və qaz təsərrüfatı sistemlərinin bərpası üçün nəzərdə tutulub", - deyə A.Zeynalov qeyd edib.

Xəbər lenti

Xəbər lenti