...

Hökumət IBTA-2 çərçivəsində qənaət olunmuş vəsaitlərdən imtina edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2005 13:42 (UTC +04:00)

Azərbaycan hökuməti DB-nın "Azərbaycanın institusional quruculuğuna texniki yardım" (IBTA-2) ikinci layihəsi çərçivəsində qənaət edilmiş vəsaitlərdən istifadə üzrə Dünya Bankı ilə danışıqları başa çatdırıb. Layihənin reallaşdırılması qrupundan Trend ə verilən məlumata görə, hökumət yerdə qalan $4,6 mln vəsati banka qaytarmağa qərar verib. Qənaət olunmuş vəsaitlərin yalnız 180 min dollarından mühasibat uçotu və audit sahəsində qanunvenriciliyin təkmilləşdirilməsi yolu ilə institusional potensialın gücləndirilməsi komponentinə sərf olunacaq. Maliyyə Nazirliyi üçün bu komponent artıq bank tərəfindən təsdiqlənib.

Respublikada danışıqlar aparmaq üçün Dünya Bankının baş iqtisadçısı və IBTA layizəsi üzrə meneceri Kristos Kostopulosun rəhbərliyi ilə missiya gəlib. Bankın ekspertləri hökumətin güzəştli vəsaitlərdən imtina etməsi barədə qərarını h qədər də tam qərar hesab etməyiblər. Çünki gələcəkdə ölkə bunları məhdud həcmdə alacaq və krediti kommersiya şərtləri ilə götürməli olacaq. Bundan başqa, bu vəsaitlərdən $1,2 mln-u hökumətin dolların bahalaşması nəticəsində yaranan məzənnə fərqlərindən əldə edib. 2002-ci ildə IBTA-2 layihəsi təsdiq olunan zaman 7'470 mln dəyərində SDR dol¬la¬ra nisbətdə $9'450 mln təşkil edirdi. İndi isə $10,8 mln təşkil edir. Belə alınır ki, Azərbaycan DB-nın layihənin reallaşdırıldığı dövrdə dolların kursunun aşağı düşəcəyi ehtimalı zamanı nəzərdə tutduğu $1,5 mln artıq puldan imtina edir.

Beləliklə, IBTA-2 layihəsi çərçivəsində hökumət öz payı da daxil olmaqla $4,8 mln vəsaitidən istifadə edir.

Xəbər lenti

Xəbər lenti