...

BMK və UniBank kredit sazişi imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2005 15:04 (UTC +04:00)

Bu gün UniBank kommersiya bankı ilə Beynədxalq maliyyə korporasiyası (BMK) arasında lizinqin inkişaf etdirilməsi üçün $5 mln. həcmində kreditin ayrılmasına dair saziş imzalanacaq. Bu barədə Trend korporasiyanın Bakıdakı nümayəndəsi Aliyə Nuriyeva bildirib. Onun sözlərinə görə, bu vəsaitlər banka Mərkəzi Asiya ölkələrində və Azərbaycanda lizinq sektoruna dəstək proqramı çərçivəsində verilir. Kredit 5 il müddətinə nəzərdə tutulub və UniBank Azərbaycanda bu kreditin ilk alıcısıdır.

UniBank kredit vəsaitini UniLeasing-in fəaliyyətinin təmin edilməsinə yönəltməyi planlaşdırır. Baknın təsis etdiyi şirkət 2004-cü ilin iyulundan 1 mlrd. manat həcmində nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb.

A.Nuriyevanın sözlərinə görə, BMK bu proqram çərçivəsində texniki yardım da göstərəcək. Onun fikrincə, bu, lizinq sektorunun inkişaf etdirilməsinə təkan verəcək.

Xəbər lenti

Xəbər lenti