...

Azərbaycanda beynəlxalq nəqliyyat loqistikası mərkəzinin yaradılması üzrə layihənin Avropa Komissiyası tərəfindən təsdiqi gələn ilin əvvəllərində gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2005 18:46 (UTC +04:00)

TRACECA proqramı çərçivəsində Azərbaycanda beynəlxalq nəqliyyat loqistikası mərkəzinin yaradılması üzrə layihənin Avropa Komissiyası tərəfindən təsdiqi gələn ilin əvvəllərində gözlənilir. Bu barədə Trend ə Azərbaycanın TRACECA hökumətlərarası komissiyasının milli katibi Akif Mustafayev məlumat verib.

Onun sözlərinə görə, bu layihə proqramın fəaliyyət planında həllini tapıb. "Layihənin təsdiqlənməsindən sonra onun maliyyələşdirilməsinin həcmi müəyyən ediləcək. Beynəlxalq nəqliyyat loqistikası mərkəzinin baş ofisi Bakıda, filialları Avropa və Asiyanı əhatə etmək üçün Kiyev və Almatıda yerləşir. Lakin bir sıra üzv ölkələr, həmçinin, Gürcüstan və Ukrayna bu mərkəzin onların ölkələrində yerləşməsini israr edirlər. Lakin layihəni Azərbaycan tərəfi təqdim etdiyinə və regionda ən strateji mühüm yer olduğuna görə Bakının seçiləcəyinə ümid edirik", -deyə o bildirib.

2006-cı ildə Azərbaycanda beynəlxalq loqistika mərkəzinin yaradılması üzrə işlər həyata keçiriləcək. Layihə 2 il ərzində reallaşdırılacaq. Bu mərkəzin yaradılması regionda yükdaşınmalarına diqqətlə nizamlamağa, bütün istiqamətlərdə daşınmaların idarə olunmasını həyata keçirməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti