...

Yanvarın 19-da Moskvada MDB-nin gömrük xidmətlərinin rəhbərləri Şurasının növbəti toplantısı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2005 13:00 (UTC +04:00)

Yanvarın 19-da Moskvada MDB-yə üzv dövlətlərin gömrük xidmətlərinin rəhbərləri Şurasının növbəti toplantısı keçiriləcək. Bu barədə Trend ə MDB-nin İcraiyyə komitəsindən bildirilib.

İclasın gündəliyinə Birlik dövlətlərinin gömrük idarələrinin əməkdaşlığına dair 20 məsələ daxil ediləcək. "Gömrük prosedurlarının tənzimlənməsi məsələsində MDB-nin iştirakçı dövlətlərinin qarşılıqlı fəaliyyəti" isə növbəti məsləhətləşmələr mövzusu olacaq. İclas iştirakçıları münaqişəli məsələlərin həlli, narkotik maddələrin və silahların gömrük məntəqələrindən qanunsuz nəqli ilə mübarizədə qarşılıqlı fəaliyyət sahəsində Birlik ölkələri arasında əlaqələrin genişləndirilməsi, 2005-2009-cu illərdə normativ bazanın yaradılması ilə bağlı məsələlərə baxılacaq.

İclasda Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun təmsil edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti