...

2005-ci ildə Azərbaycanda pul kütləsi 12,4% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2005 13:16 (UTC +04:00)

Noyabrda Azərbaycanda pul kütləsinin həcmi 3,1% azalsa da, 2005-ci il ərzində artım 12,4% təşkil edib. Azərbaycan Milli Bankdan Trend ə verilən məlumata görə, dekabrın 1-də pul kütləsinin (M2) həcmi 2005-ci il noyabrın 1-nə olan 3963,9 mlrd manata və yanvarın 1-nə olan 3418 mlrd manata qarşı 3841,6 mlrd manata bərabər olub.

Noyabrda nağd vəsaitlərin (M0) həcmi 6,29% azalıb, il ərzində artım isə 10,87% təşkil edib. Dekabrın 1-də M0 göstəricisi 2005-ci il noyabrın 1-nə olan 2826,4 mlrd manata və yanvarın 1-nə olan 2389 mlrd manata qarşı 2648,7 mlrd manata bərabər olub.

Noyabrda nağdsız vəsaitlərin həcmi 4,86% azalıb, cari ildə artım isə 15,9% təşkil edib. Dekabrın 1-də nağdsız vəsaitlərin həcmi 2005-ci il noyabrın 1-nə olan 1137,5 mlrd manata və yanvarın 1-nə olan 1029,1 mlrd manata qarşı 1192,8 mlrd manat olub.

Xəbər lenti

Xəbər lenti