...

Xalqbank beynəlxalq ödəmə sistemlərindən ilkin razılıq əldə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2005 14:04 (UTC +04:00)

"Xalq" səhmdar-kommersiya bankı Visa International və MasterCard beynəlxalq ödəmə sistemləri ilə danışıqlara başlayıb. Bankın idarə heyətinin sədri Asim Məmmədlinin Trend ə verdiyi məlumata görə, kartların buraxılması ilə bağlı ilkin razılıq əldə olunub, lakin bank bu sistemə 2006-cı ildə qoşula bilər.

Bundan başqa, Xalqbank yol çeklərinin alınmasını və reallaşdırılmasını təşkil etmək niyyətindədir. Bununla əlaqədar American Exspress-lə danışıqlar aparılır.

Xalqbank plastik kartlar bazarına 2005-ci ilin əvvəlində çıxıb. İlkin mərhələdə lokal kartların buraxılması üçün əməkdaşlıq haqqında saziş "Azərikard" prosessinq mərkəzi ilə bağlanmışdı. Bank tərəfindən kartlar Austria Card şirkətində sifariş edilib.

Xəbər lenti

Xəbər lenti