...

Xalqbank yeni səhmdarlar cəlb etməklə öz nizamnamə kapitalını $10 milüona qədər artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2005 14:36 (UTC +04:00)

"Xalq" səhmdar kommersiya bankının səhmdarlarının qərarı ilə bankın nizamnamə kapitalı ilin sonuna kimi 50 mlrd manata qədər artırılacaq. Bankın İdarə Heyətinin sədri Asim Məmmədlinin Trend ə verdiyi məlumata görə, səhmdarlarının tərkibinin hazırki 3 fiziki şəxsdən 7-yə artırmaqla genişləndirilməsi vasitəsilə vəsaitlərin hesabına bankın nizamnamə kapitalı 29,180 mlrd. manat həcmində formalaşacaq.

A.Məmmədlinin sözlərinə görə, ola bilsin ki, artıq dekabrın 27-də bank Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə səhmlərin yeni emissiyasının prospektinin qeydiyyatdan keçməsi ilə bağlı müraciət etsin.

Dekabrın 26-da Xalqbankın fəaliyyətə başlamasının 10 ili tamam olur. Milli Bankın İdarə Heyətinin üzvü Rüfət Aslanlının rəsmi mərasim təntənəsində qeyd etdiyi kimi, ölkənin bank sistemində bu ən gənc bankdır və bununla yanaşı, 8-9 ay ərziqndə o ən yaxşı nəticələr əldə edib. Bundan əlavə, o, fəal bazar strategiyasını işləməyə başlayıb. Bankın strategiyasına görə, iki il ərzində universal bank kimi ölkənin bütün regional mərkəzlərində təmsil olunacaq və Azərbaycanın aparıcı banklarının siyahısına daxil olacaq.

Dekabrın 26-da olan vəziyyətə görə, Xalqbankın aktivləri 65,8 mlrd manat, cəlb olunmuş vəsaitlərin ümumi həcmi 36,6 mlrd manat, kredit portfeli 40,8 mlrd manat təşkil edib.

Xalqbank həmçinin, beynəlxalq əlaqələrini də genişləndirir və bir il ərzində Almaniyanın Dresdner Bank, Rusiyanın Impeksbank və Bank Integral-ı ilə müxbir münasibətləri bağlayıb. Bundan əlavə, artıq American Express Bank (ABŞ) və Sberbank (Rusiya) ilə müxbir hesablarının açılması ilə bağlı işlər başa çatır.

Xəbər lenti

Xəbər lenti