...

İlin sonuna kimi Azərbaycan banklarının siyahısı genişlənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2005 16:07 (UTC +04:00)

Yeni yaradılan bankların sənədlərinə baxış üzrə Azərbaycan Milli Bankının Komissiyası "Azərkredit" səhmdar-kommersiya bankının sənədlərini baxılmaq üçün MB-ın İdarə Heyətinə təqdim edib. Bu barədə Trend ə AMB-nın İdarə Heyətinin üzvü, Kredit təşkilatlarının fəaliyyəti ilə bağlı nəzarət Departamentinin rəhbəri Rüfət Aslanlı məlumat verib. "Biz yoxlamalar aparmışıq və onların nəticələrindən razıyıq. Hətta bankda müəyyən olunan hazırlıq səviyyəsi və sistemi bizi yaxşı mənada təəccübləndirib",- R.Aslanlı bildirib.

Onun sözlərinə görə, bank lisenziyaların alınması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Bu zaman o 2005-ci ilin sonlarına kimi "Azərkredit"in lisenziyalaşdırılmasının mümkünlüyünü istisna etməyib.

2005-ci ilin əvvəlində Milli Bankda bu bankın açılması üçün biznes-plan və digər sənədlərə baxış keçirilir. Bankın sənədlərinin nəzərdən keçirilməsi müddəti bğaşa çatsa da, onlar İdarə Heyətinin tərkibi məsələsini həll edilmədən onun İdarə Heyətinə təqdim edə bilməyiblər. Milli Bankın bu tələbi bu yaxınlarda yerinə yetirilib və yeni İdarə Heyəti AMB-na təqdim edilib. İdarə Heyətinin yeni tərkibinin yeni bank qanunvericiliyinin tələblərinə uyğun gəldiyi üçün Milli Bank bu işlə bağlı razılığını verib.

"Azərkredit" bankının İdarə heyətinin sədri bank sahəsində 15 il təcrübəsi olan Zahid Əliyev olub. "Banklar haqqında" qanuna görə, bank rəhbərliyinin bank təcrübəsi 2 ildən az olmamalıdır. Z Əliyev əvvəllər Milli Bankda, Beynəlxalq Bankda çalışıb və onun sonuncu dəfə "Qoç bank-Azərbaycan"da sədr müavini olub.

Bank fiziki şəxs- Azərbaycan vətəndaşının təsisçiliyi ilə yaradılır.

Xəbər lenti

Xəbər lenti