...

Əsa vəsaitlərin yenidən qiymətləndirilməsi nəticəsində "Respublika" bankının ümumi kapitalı $11 mln.-dək artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2005 20:00 (UTC +04:00)

"Respublika" səhmdar-kommersiya bankı əsas vəsaitlərinin yenidən qiymətləndirilməsinin ilkin nəticələrini alıb. Bu barədə Trend ə bankın idarə heyəti sədrinin səlahiyyətlərini icra edən Asəf Zeynalov bildirib. Onun sözlərinə görə, yenidən qiymətləndirmə nəticəsində ümumi kapitalın 50 mlrd. manatadək (təxminən $11 mln.) artacağı nəzərdə tutulur.

"Beynəlxalq maliyyə hesabatı standartları metodologyasına əsasən, yenidən qiymətləndirmə Lənkəran, Gəncə, Quba, eləcə də Bakıda daşınmaz əmlak nəzərə alınmaqla əsas vəsaitlərin bütün dərəcələri üzrə aparılır" -deyə A.Zeynalov qeyd edib.

Bankın rəsmi auditoru - Beynəlxalq Deloitte &Touche auditor şirkəti qiymətləndirmə şirkətinin qiymətləndirmə metodologiyasını qəbul edib və A.Zeynalov hesab edir ki, o nəticələri təsdiq edəcək.

"Respublika" bankının səhmdar kapitalı $6 mln., ümumi kapitalı isə təxminən 40 mlrd. manat təşkil edir. Bank rəhbəri bildirib ki, səhmdarların qərarına əsasən, 2005-ci ilin yekunlarına əsasən alınmış bütün dividendlər paylaşdırıldıqdan sonra nizamnamə fondunun artırılmasına təkrar kapitallaşdırılacaq.

Balans gəliri ilin yekunlarına əsasən, təxminən 11,5 mlrd. manat gözlənilir, vergilər tutulduqdan sonra təmiz gəlirin 8,8 mlrd. manat təşkil edəcəyi ehtimal olunur.

2005-ci ilin yekunlarına əsasən, aktivlərin 275-280 mlrd. manat səviyyəsində olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti