...

AİB 2006-cı ilin əvvəlində Azərbaycanın özəl sektoruna ilk krediti ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2005 20:19 (UTC +04:00)

Asiya inkişaf bankı (AİB) və "Respublika" səhmdar-kommersiya bankı Azərbaycan bankına kredit xəttinin açılmasına aid danışıqları başa çatdırıb. "Bizdə AİB-in ticarət maliyyələşdirilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişafına kredit xəttinin ayrılmasını bəyənməsi barədə məlumat vardır" -deyə "Respublika" bankının idarə heyəti sədrinin vəzifəsiini icra edən Asəf Zeynalov Trend ə bildirib.

Kreditin ümumi məbləği məlumdur və kredit bankın nizamnamə fondunun 50-60% səviyyəsində olacaq və $5-6 mln. təşkil edəcək.

Kapitalbank, Azərdəmiryolbank və digər bankların da artıq danışıqlar aparmasına baxmayaraq Azərbaycanda AİB-dən ilk kredit alan bank "Respublika" bankı ola bilər.

A.Zeynalov qeyd edib ki, AİB-in maliyyələşdirmə şərtləri demək olar ki, AYİB və Almaniyanın DEG investisiya şirkətinin şərtlərindən fərqlənmir. AİB krediti 5 il müddətinə libor+4% yaxud libor+4,5% faiz dərəcəsi ilə verir.

Kredit sazişinin imzalanması 2006-cı ilin yanvarında gözlənilir.

Xəbər lenti

Xəbər lenti