...

FMO investisiya şirkəti "Respublika" bankına $6 mln. təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2005 20:36 (UTC +04:00)

2006-cı ilin əvvəlində "Respublika" səhmdar-kommersiya bankı ilə Hollandiyanın FMO investisiya şirkəti arasında $6 mln. məbləğində kreditin ayrılmasına dair kredit müqaviləsi bağlanacaq.

"Respublika" bankının idarə heyəti sədrinin vəzifəsiini icra edən Asəf Zeynalov Trend ə bildirib ki, həmin kredit ticarət maliyyələşdirilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişafı üçün nəzərdə tutulub. İnvestisiya şirkətinin kredit ehtiyatları 5 il müddətinə libor+4% yaxud libor+4,5% illik dərəcə ilə nəzərdə tutulub ki, bu da kredit sazişi ilə bağlı razılaşdırılmadan asılı olacaq.

A.Zeynalov hesab edir ki, bu gün respublikada kredit ehtiyatlarına böyük ehtiyac vardır. Amma banka xarici istiqrazlar hesabına kreditləşdirmə sərfəlidir, çünki bununla bankın xərcləri daxili bazardan cəlb edilmə ilə müqayisədə 1-2% azdır. Bu, onunla bağlıdır ki, hazırkı vəziyyətdə milli valyutanın məzənnəsində dəyişikliklərlə əlaqədar banklar cəlb edilən əmanətlərə 15-18%-ə çatan faiz dərəcələrini artırmağa başlayıb. Müvafiq olaraq BMİ-dən cəlb etmək daha ucuzdur.

Xəbər lenti

Xəbər lenti