...

Azərbaycanda tikinti işlərinin həcminin artım göstəricisi 37,4% təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2005 11:26 (UTC +04:00)

2005-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 7049,2 mlrd manat həcmində tikinti işləri həyata keçirilib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 37,4% çoxdur. Trend in Dövlət Statistika Komitəsinə istinadən xəbər verdiyi kimi, inşaat sektorunda dövlət müəssisələri tərəfindən 1653,9 mlrd manat (23,5%), özəl müəssisələr tərəfindən isə 5395,3 mlrd manat (76,5%) həcmində işlər görülüb.

Tikinti işlərinin ümumi həcminin 81,9%-i (5779,1 mlrd manat) yeni tikililərin, bərpa və genişləndirmə işlərinin, 10,5%-i (737,9 mlrd manat) əsaslı təmir, 3,2% -i (223,4 mlrd manat) cari təmir, 4,4% (308,8 mlrd manat) isə digər tikinti işlərinin payına düşür.

Xəbər lenti

Xəbər lenti