...

"Bakı metropoliteni" İB-nin xidmətlərindən 133,2 mln nəfərdən artıq sərnişin istifadə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2005 11:45 (UTC +04:00)

2005-ci ilin yanvar-noyabr aylarında "Bakı metropoliteni" İB-nin xidmətlərindən 133,2 mln nəfər sərnişin istifadə edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 7,6% çoxdur. Bu barədə Trend ə İB-dən məlumat verilib.

Bakı metropoliteni 2 xəttdən və 32 vestibülə malik 20 stansiyadan ibarətdir. Metropolitendə ümumi uzunluğu 4300 metrdən artıq olan 42 eskalator işləyir.

Tunel qurğularının ümumi uzunluğu 80,96 km-dir. Hər gün metro xidmətlərindən 520 min nəfər sərnişin istifadə edir. Bu göstərici hər il 5% artır.

Xəbər lenti

Xəbər lenti