Kənd təsərrüfatı Nazirliyinin operativ məlumatına əsasən, 2005-ci ilin əvvəlindən Azərbaycanda 2 780 hektar əkin sahəsindən yığılmış tütün yarpağının həcmi 7134 ton təşkil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 616 ton çoxdur. Bu barədə Trend ə k/t Nazirliyində bildirilib.
2005-ci ildə tütün yığımı üzrə proqnoz təxminən 8 min ton həcmində müəyən edilmişdi ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1300 ton çoxdur. 2004-cü ildə ölkədə yığılan tütün yarpağının həcmi 6500 ton təşkil edirdi.
Azərbaycanda tütün yarpağı əsasən Zaqatala, Qax, Qəbələ və Balakən rayonlarının daxil olduğu Şəki-Zaqatala iqtisadi rayonu ərazisində əkilir.