...

Yanvar-noyabr ayları ərzində məhkəmə qərarları əsasında 4,5 ilrd manatdan artıq vergi borcu silinib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2005 16:13 (UTC +04:00)

"Vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı"nda (2005-2007) vergi borclarının vaxtında aşkar edilməsi və qısa müddətdə büdcəyə ödənilməsi yönündə səmərəli hüquqi-iqtisadi mexanizmlərin və texnologiyaların tətbiqi nəzərdə tutulur. Trend in Vergilər Nazirliyinin press-relizinə istinadən xəbər verdiyi kimi, həmçinin, vergi borclarının məcburi alınması sahəsində texnoloji və inzibati imkanların da genişləndirilməsi planlaşdırılır.

Dövlət büdcəsinə yaranmış borcların vaxtında ödənilməsinin təmin olunması məqsədilə, Vergi Məcəlləsində nəzərdə tutulmuş tədbirlərdən biri də borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması üçün Qərarların vaxtında çıxarılmasından ibarətdir. Əgər borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması üçün 2005-ci ilin yanvar-avqust aylarında 7573 qərar qəbul edildiyi halda, sentyabr-noyabr ayları ərzində qərarların sayı 21273 olub. Qərarların icra vəziyyətinə gəlincə, əgər cari ilin yanvar-avqust aylarında 3886 qərar üzrə vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması aparılıbsa, sonrakı dövrdə bu göstərici 4.289-a çatıb.

Bundan başqa, 2005-ci ilin oktyabr ayında məhkəmə qərarlarına əsasən, Respublika Əmtəə Birjasının Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzində borclu vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə ilk hərrac keçirilib. Nəticədə 2005-ci ilin yanvar-avqust ayları ərzində 703 məhkəmə qətnaməsi üzrə 1 mlrd. 932 mln. manat borcun ləğvi təmin olunmuşdusa, növbəti 3 ay ərzində 569 qətnamə üzrə 2 mlrd 812 milyon manat borc ləğv edilib.

Əgər iyun-avqust aylarında vergi öhdəliklərinin yerinə yetirilməsinə görə əmlakın siyahıya alınmasına dair 1010 qərar üzrə borc ləğv edilmişdisə, borclu vergi ödəyicilərinin vergi orqanları tərəfindən siyahıya alınmış əmlaklarının məhkəmə qərarlarına əsasən hərraca çıxarılması nəticəsində, sentyabr-noyabr ayları ərzində qərarlar üzrə borcların ləğvi səviyyəsi 10 dəfəyədək artaraq 10480-ə çatıb.

Xəbər lenti

Xəbər lenti