...

"RRC" MMC "Oğuz-şərab" SC-ni özəlləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2005 17:27 (UTC +04:00)

Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət komitəsi "Oğuz-şərab" səhmdar cəmiyyətinin (SC) aksiyalarının satışı ilə bağlı investisiya müsabiqəsi keçirib və müsabiqənin qalibi "RRC" MMC olub. Trend Dövlət komitəsinin məlumatına istinadən bildirir ki, müsabiqənin şərtlərinə əsasən müqavilənin imzalanmasından sonra sərmayəçi dövlət büdcəsinə 185 mln. manat (37 min yeni manat) köçürməlidir. Dövlət komitəsində ödəniş üçün 34 min özəlləşdirmə qəbzi veriləcək.

Şirkətlərin investisiya proqramına əsasən, ilkin işlərin həyata keçirilməsi üçün "Oğuz-şərab"ın hesabına 150 mln. manat (30 min yeni manat) köçürüləcək. İnvestisiya proqramı çərçivəsində müqavilə və tədbirlərin digər şərtlərinin həyata keçirilməsi üçün "RRC" 12 ay ərzində müəssisəyə 600 min yeni manat həcmində sərmayə qoyacaq.

Bu vəsaitlər şərab müəssisəsində bina və qurğuların təmiri, istehsal prosesinə yeni texnologiyaların cəlb edilməsi və istifadəyə verilməsi, ilkin emal üçün sahələrin bərpa edilməsi, müasir laboratoriyanın təşkili, habelə sosial məsələlərin həlli üçün nəzərdə tutulub.

Təqdim edilmiş sosial proqrama əsasən, istehsal səviyyəsinin yüksəldilməsi ilə "Oğuz-şərab"da işçilərin sayı 100 nəfərədək artırılacaq.

Xəbər lenti

Xəbər lenti