...

""Antonov" Milli Birliyi"nin baş direktoru: AN-140 təyyarəsinin Azərbaycanda qəzaya uğraması Ukraynanın aviasiyüa sənayesinin imicinə təsir etməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2005 11:49 (UTC +04:00)

Dövlət Aviasiya tikintisi korporasiyası ""Antonov" Milli Birliyi"nin İdarə Heyətinin sədri,baş direktoru Anatoli Myalitsa hesab edir ki, dekabrın 23-də An-140 təyyarəsinin Azərbaycanda qəzaya uğraması Ukraynanın aviasiya tikintisi sahəsinin imicinə təsir etməyəcək. UNİAN agentliyinə istinadən Trend in verdiyi məlumata görə, bu barədə o bu barədə Kiyevdə keçirilən mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, An-140 təyyarəsi bütün normalara və təhlükəsizliyin bütün səviyyəsinə cavab verir. Bu zaman o, qəzanın səbəblərinin Azərbaycanın hökumət komissiyasının şərh etməli olduğunu əlavə edib.

Dekabrın 23-də Bakı yaxınlığında "Bakı-Aktau" reysi ilə hərəkət edən və Xarkov Dövlət İstehsalat Müəssisəsinin istehsalı olan An-140 təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 23 nəfər - 18 sərnişin və 5 heyət üzvü həlak olub. Qəzanın səbəblərini araşdırmaq üçün Ukrayna tərəfi dekabrın 24-də Azərbaycana komissiya göndərib. Komissiyanın tərkibinə Aviasiya təhlükəsizliyinə nəzarət üzrə Dövlət Xidmətinin, O.K.Antonov adına Aviasiya elmi-texniki kompleksinin nümayəndələri daxildirlər.

Dekabrın 27-də "Azərbaycan avia xətti" An-140 təyyarələrindən istifadəni dayandırıb. İndi ekspertlər An-140 təyyarəsinin qara qutusunun oxzunması ilə məşğuldurlar və yalnız bundan sonra qəzanın səbəblərinin rəsmən elan olunacağı vəd olunub.

Bu arada, "Aviakor - aviasiya zavodu" ASC-nin (Samara şəhəri, RF) baş direktoru Sergey Lixarev bəyan edib ki, An-140 təyyarəsinin qəzaya uğrması bu təyyarənin Rusiyada irəliləyişinin inkişafı proqramına təsir etməməlidir.

Xəbər lenti

Xəbər lenti