...

2006-cı ildə dövlət qiymətli kağızlar bazarının həcmi 1,3 trilyon manat ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2005 13:17 (UTC +04:00)

2006-cı il üzrə dövlət qısamüddətli istiqrazlar üzrə əməliyyatların ümumi həcmi 650 mlrd manat səviyyəsində gözlənilir. Bu barədə Trend ə maliyyə naziri Əvəz Ələkbərov məlumat verərək bildirib ki, Beynəlxalq Valyuta Fondu Maliyyə Nazirliyinin bütün bu emissiyaları yerləşdirə biləcəyinə əmin deyil.

"Mən bu həcmin öhdəsindən gələ biləcəyimizə əminəm. Odur ki, qiymətli kağızlar bazarında çox fəal işləyirik və hər həftə DQİ üzrə alqı-satqı keçirməyi planlaşdırırıq",- deyə nazir bildirib. Maliyyə Nazirliyinin planlarına bir, üç və altı aylıq dövlət istiqrazları yerləşdirmək daxildir.

Ə.Ələkbərovun sözlərinə görə, Milli Bank öz növbəsində 2006-cı ildə 650-700 mlrd manatlıq notlar yerləşdirməyi də planlaşdırır.

Qiymətli kağızların dövretmə həcminin artırılması inflyasiyanın artım sürətinin qarşısının alınmasının əsas vasitələrindən biridir. Bununla əlaqədar, onların mütəmadi olaraq yerləşdirilməsinin təmin edilməsi zəruridir.

Qeyd edək ki, hətta QDİ-nın buraxılışında Maliyyə Nazirliyi xüsusi ehtiyac hiss etməsə də , beynəlxalq maliyyə təşkilatları (o cümlədən BVF) da hökumətə dövlət qiymətli kağızlar bazarını inkişaf etdirməyi tövsiyyə edir.

Xəbər lenti

Xəbər lenti