...

Keçmiş SSRİ-nin Əmanət bankındakı əmanətlərin indeksləşdirilməsi 10 ayadək davam edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2005 18:37 (UTC +04:00)

Yanvarın 20-dək əhalinin 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin Əmanət bankına qoyulmuş əmanətlərin indeksləşdirilməsi qanun layihəsi və mexanizmi ölkə prezidentinə təqdim ediləcək. Bu barədə Trend ə maliyyə naziri Əvəz Ələkbərov bildirib. Nazir bildirib ki, hazırda əhalinin əmanətlərinin inventarlaşdırılması davam edir ki, bu da çox mürəkkəb prosesdir.

Azərbaycan prezidenti hökumətə artıq 2006-cı ildə əmanətlərin indeksləşdirilməsi və ödənməsinə başlanılmasını tapşırıb. Bu məqsədlə maliyə nazirliyi ilk olaraq 50 mln. yeni manatla xərcləri nəzərdə tutur ki, bu da 2006-cı ilin dövlət büdcəsinə daxildir. İlk növbədə, yaşlı adamlar, əlil və şəhid ailələrinin üzvləri öz əmanətlərini ala bilər.

Ə.Ələkbərov hesab edir ki, 8-10 il ərzində indeksləşdirmə prosesi başa çatdırıla bilər. O, həmin prosesin başa çatdırılması üçün tələb olunan vəsaitin ümumi həcmini bildirməkdən imtina edib. "Baş nazirin, AMB rəhbərinin və mənim fikirlərimiz müxtəlifdir, buna görə də konkret məbləğ hesablamalar dəqiqləşdirildikdən sonra deyilə bilər"-deyə nazir bildirib. Bəzi məlumatlara görə, Maliyyə nazirliyində indeksləşdirilmənin keçirilməsi üçün $0,3-0,4 mlrd., $0,5-0,55 mlrd. və $0,8-1 mlrd. tələb edən üç variant vardır.

Qeyd edək ki, 2006-cı ildən etibarən indeksləşdirmə prosesinin həyata keçirilməsi üçün maliyyə, iqtisadi inkişaf nazirliklərinin, eləcə də Milli bank və Kapitalbank-ın nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

Xəbər lenti

Xəbər lenti