...

Azərbaycanın təxminən 12 bankı ümumi kapitalına tələblərin yerinə yetirilməsi ilə bağlı problemləri vardır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2005 18:55 (UTC +04:00)

Azərbaycanın Milli bankı respublikada fəaliyyət göstərən bankların ümumi kapitalına minimum tələbin gələcəkdə artırılmasını dörd mərhələdə aparacaq. Trend in məlumatına görə, AMB idarə heyətinin sədri Elman Rüstəmov dekabrın 29-da jurnalistlərə bildirib ki, artırılma qrafikinə müvafiq olaraq bu proses hər yarımildən bir keçiriləcək və 2008-ci il yanvarın 1-dək hər bir bankın ümumi kapitalı $10 mln.-dan aşağı olmamalıdır.

Hələlik banklar $5 mln. normativini yerinə yetirir və bu artıq 2006-cı ilin yanvarın 1-dən olmalıdır.E.Rüstəmovun sözlərinə görə, 30-dan çox bank bu normativ səviyyəsini yerinə yetirib, 10-12 bankda isə problemlər vardır.

"Biz həmin bankları xəbərdar etmişik və bunlara bildirişlər göndərilib. Amma biz bank kapitalını möhkəmləndirmək istəyirik. Bu gün bazarda zəif banklar vardır, amma bu banklar birləşməyə heç cür qərar verə bilmir"-deyə E.Rüstəmov qeyd edib. O, həmin banklara AYİB-in köməyindən istifadə etməyəi təklif edir. Yeri gəlmişkən, AYİB birləşən bankları dəstəkləməyə hazırdır.

"Niyə onlar bunu etmir, başa düşmürəm. Qoy 3-4 bank yığışsın və mən onların hər hansı bir beynəlxaln maliyyə institutuna keçməsi üçün dəstəyi təmin etməyə hazıram. Bankların birləşdirilməsi çox realdır və mən ümid edirəm ki, bu hər halda 2006-cı ildə baş verəcək"- deyə AMB rəhbəri qeyd edib.

Xəbər lenti

Xəbər lenti