...

Azərbaycan ərazisinə daxil olan yük vaqonlarının çəkisi xüsusi tərəzidə yoxlanılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2005 20:00 (UTC +04:00)

2006-cı il yanvarın 1-dən Azərbaycan ərazisinə daxil olan yük vaqonlarının çəkisi "Yalama" dəmiryol stansiyasında quraşdırılmış xüsusi tərəzidə yoxlanılacaq. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsindən məlumat verilib.

Vaqonlar bu prosedurdan keçdikdən sonra onların sahiblərinə daşınma sənədlərinə əlavə edilmiş, yükün faktiki çəkisi haqqında arayış veriləcək.

ADDYİ-nin "Daşınma proseslərinin idarə olunması" İB-nin rəis müavini Teymur Məmmədovun sözlərinə görə, bu tədbirlər daha iri həcmli yüklərə görə vəsaitin tam ödənilməməsi hallarının qarşısını almağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti