...

Azərbaycan Beynəlxalq bankı denominasiyaya keçid prosesində ləngiyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2005 20:45 (UTC +04:00)

Azərbaycan Beynəlxalq bankı (ABB) Milli Bankdan denominasiya prosesinə hazırlıq üçün 2006-cı il yanvarın 5-nə kimi vaxt istəyib. Trend in AMB-nin idarə heyətinin sədri Elman Rüstəmova istinadən xəbər verdiyi kimi, bu, bankın avtomatlaşdırılmış sisteminin yeni iş rejiminə keçməsi zəruriliyi, həmçinin, "Azərikard" prosesinq mərkəzi ilə mövcud problemlərlə bağlıdır.

Yeni qiymətlər miqyasına keçid prosesinin mürəkkəbliyi ilə əlaqədar ABB daxili avtomatlaşdırılmış sistemi dəyişdirmək ideyasını qəbul etməyib. E.Rüstəmov qeyd edib ki, ABB yeni sistemi denominasiya prosesinə hazır olduqdan 20-30 gün sonra tətbiq etmək niyyətindədir.

Geniş filial şəbəkəsinə malik ABB və Kapital bank artıq sınaq rejimində işləri başa çatdırıb. Kommersiya bankları yeni ildən etibarən yeni qiymətlər miqasında işləməyə hazır olacaq.

Xəbər lenti

Xəbər lenti